Azərbaycan Cümhuriyyətinin dövlət başçısı İ.H.Əliyev cənablarının Azərbaycan (Türk) dilinin saflığının qorunması yolunda, səhv etmirəmsə, artıq verdiyi 2-ci sərəncamdır. Və bu sərəncam əsasında Azərbaycan (Türk) dilinin saflığının qorunması üçün müfəttişlik (komissiya) də yaradılıb.
 Bu sərəncamlara əsasən Azərbaycan (Türk) Cümhuriyyətinin televiziyasında verlişlər aparılır. Bu verlişlərin sanki tək bir vəzifəsi vardır: Azərbaycan (Türk) dilinin həqiqi bir türk dili olmadığını sübut etmək. Bu verlişlərin əsas aparıcısı olan Nizami Cəfərovun nəzərinə çatdırmaq istəyirəm ki, Azərbaycan dili türk dilləri bölümünə aid deyildir. Çünki Azərbaycan dili deyə bir dil yoxdur və o həqiqi bir türk dilidir. Azərbaycan dilinin tarixi 1936-cı ildən Mikoyanın və Çoxaşvili Stalinin istəyindən və göstərişindən sonra  başlayır. Azərbaycan (Türk) dilinin tarixi verlişində Hörmətli Akademik R.Hüseynov, K.Abdullayev və N.Cəfərov iştirak edirlər və Azərbaycan (Türk) dilinin tarixini Mahmud Kaşğari dövrünə aparıb çıxarırlar və Mahmud Kaşğarinin “Divani lüğəti türk” kitabından nümunələr gətirirlər. Çox qəribədir ki hörmətli alimlər “Azərbaycan dili” sözlüyünün yaranma tarixindən heç bir söz açmırlar. Ya bu alimlərin “Azərbaycan dili” sözlüyünün yaranması tarixindən xəbərləri yoxdur, ya da kimlərinsə xatirinə bu tarixə əsla toxunmurlar. “Azərbaycan dili” verlişlərində bu hər zaman belə olur.
Bildiyimiz kimi bu il yəni 2018-ci il Azərbaycan (Turan) Cümhuriyyətinin qurulmasının 100 illiyini çox yüksək səviyyədə qeyd edirik. Cümhuriyyət mövcudiyyətlərinin (atributlarının) hamısı çox yüksək səviyyədə qeyd edilir və edilməkdədir. Buna görə cümhuriyyət başçsı hörmətli İ.H.Əliyev cənablarına bütün vətənsevərlər adından təşəkkür edirik.
Cümhuriyyət elan olunanda onun ana qanunu (Konstitutsiysı) qəbul olunub: Cümhuriyyətin elan olunma tarixi, bayrağı, gerbi, himni və bunlardan da ən önəmlisi övlət dilinin adı türk dili ana qanunda öz əksini tapır.
Bu mövcudiyyətlərin hər biri 28.05.1918-ci il  də elan olunan Azərbaycan (Turan) Cümhuriyyətinin ana qanununda öz əksini tapmışdır. Bu qəbul olunan Ana qanunda dövlət dili türk dili olaraq qəbul olunmuşdur. Çünki o zaman “Azərbaycan dili” deyə bir sözlük ifadə yox idi.
Bu və ya bu kimi verlişlərdə Hörmətli alimlər (alim demək mümkünsə) əsl həqiqətdən yayınaraq A. Mikoyanın və İ.F.Çoxaşvilinin (Stalinin) arzu və istəklərini yalançı dəlillərlə sübuta yetirib yaşatmağa çalışırlar. M.C.Məmmədquluzadənin, M.Füzulinin, İ.Nəsiminin Azərbaycan dilində yazdığını söylüyürlər. Ən azından ayıbdır. Öncə dediyim kimi Cümhuriyyətin bütün mövcudiyyətlərinin 100 illiyi yüksək səviyyədə qeyd olunur. Istiqlal günü, bayraq günü, Bakının azad olunması günü, ordu günü, sərhədçilər günü, məhkəmə və savcılar günü və i.a.
Dövlər dilinin türk dili olaraq qəbulunun 100 illik il dönümü qeyd edilmir. Əgər  qeyd edilərsə, A. Mikoyanın və İ.F.Çoxaşvilinin (Stalinin) ruhu inciyər. H.Cavidin, Ə.Cavadın, Çobanzadənin, M.C.Məmmədquluzadənin, M.Müşfiqin onlar kimi türklüyünü inkat etmədiyinə görə edam olunan 300 min türkün ruhu gülər.
Ən dəhşətlisi budur ki,verlişlərdə Azərbaycan (türk) dilini əvəz edən yad sözlərdən əsla söz getmir. Yəni dövlət başçısının verdiyi sərəncama aid AZ-TV və İc.tv verlişlər təşkil etdi və işdə bitdi. Hörmətli alimlər bu verlişlərdə xalqı aldaltdılar və heçnə  dəyişmədi. Yenə doğma türk sözləri yad sözlərlə əvəz olunmaqda davam edir.
Hörmətli Alimlər bilməlidirlər ki, ərəblər tərəfindən  Turan dövləti süqut etdikdən sonra Turan dövləti ərazisində ərəblər tərəfindən yüksək səviyyədə türklərin dilinin tarixinin, mədəniyyətinin məhvinə başlandı. Vahid türk əlifbası ləğv edildi. Türk dilində yazışmalara yasaq qoyuldu. İnam və etiqadları ərəbləşdirildi. Adları soy adları dəyişdirildi.Ərəb adları ərəb adət ənənələri ərəb torpaqları müqəddəsləşdirildi və bu gündə davam edir. Monqol Xaqanı Hülaki xan tərəfindən 1256-ci ildə Turan torpaqlarında ərəb xilafətinin hökmranlığına son qoyulsa da ərəb dilinin, ərəb adət ənənələrinin ərəb inanclarının hökmranlığına son qoyulmadı.Bütün bunları yaşadan isə dünyanı lərzəyə salan mənəviyyatı büsbütün ərəbləşdirilən türk şahları,türk xaqanları idi.Çünki türkün mənəviyyatı dəhşətli dərəcədə ərəblər tərəfindən məhvə məruz qalmışdı. Bütün bunları fərq edən Turan türk mütəffəkirləri cahil türk şahları, sultanları,qazıləri tərəfindən edam olunurdu.
Turanda Səfəvilər dönəmində, I Şah Abbasın vaxtinda, 1589-cu ildən farsların təhriki ilə I Şah Abbas dövlət dilini fars dili elan edir və bundan sonra Səfəvilərin hökmranlığı olan əyalətlərdə (o zaman nə İran sözlüyü, nə də İran dövləti vardı) şifahi xalq ədəbiyyatından başqa bütün yazışmalar farsca aparılmağa başlayır. Bütün türk mütəffəkirlərinin N.Gəncəvinin, Ə.Xəqaninin, İ.Nəsiminin, M.Füzulinin əsərləri türkcədən farscaya tərcümə edilir. Onların bir fars şairi, fars mütəfəkkirləri olduqları və onların farsca yazıb yaratdıqları iddia edilir. Baxın tam 419 il sonra Turanın Azərbaycan əyalətinin bir hissəsi yəni Azərbaycanın Şimalı özünün müstəqilliyini elan edir və tam 419 il sonra Turanın Şimali Azərbaycanında Azərbaycan Cümhuriyyəti qurulur və türk dili dövlət dili olaraq elan edilir. Çox təəsüfflər olsun ki, Rusya yenidən Azərbaycan (Turan) Cümhuriyyətini işğal  edir. 28.04.1920-ci ildən yenidən türkün məhvinə başlanır. Öncə torpaqları ermənilərə gürcülərə verilir. Bütün ziyalıları və dövlət xadimləri edam olunur. Və nəhayət 1936-cı ildə türk dili və türk adı yasaq edilir. Yerində “Azərbaycan dili”, “Azərbaycanlı” milləti yaradılır. Fikirləşirsən ki, 1937-ci illər olsaydı bu “alimlər” pis mənada nələr etməzdilər. Bəs dövlət başçısının verdiyi fərmanlara necə əməl olunur? Xalq arasında bunu bilən varmı? Tele-radio verlişlərində və mətbuat səhfələrində dövlət başçısının fərmanına əməl edib dilin saflığını qoruyan və ya qorumağa çalışan varmı?. Bu müddət ərzində Hörmətli alimlər tərəfindən “ölmüş” və “ölməkdə” olan sözlərin siyahısı tutuldumu?. Dilimizdə işlənən yad sözlərin və yad ifadələrin əvəzində işlənəcək sözləri və ifadələri təsbit etdilərmi? Bu yad sözləri və yad ifadələri işlədən mətbuat və tele-radio aparıcılarına hər-hansı cəzanın tətbiq ediləcəyini müəyyən etdilərmi? Təbii ki yox.
Öncə dediyim kimi hörmətli alimlərə sanki bir göstəriş verilib ki, “Azərbaycan dilinin” bir türk dili olmadığını sübut edin və Hörmətli alimlər yad sözlər deyəndə Türkiyə ləhcəsində işlədilən məzara gömdüyümüz sözləri nəzərdə tuturlar. Bu alimlər istəsə də artıq bu sözlərin çoxu öz yuvasına dönüb və istər şifahi istərsə də ədəbi dildə işlədilir. Bu başqa bir mövzudur və bu haqda yazım var.
İctimayətin köməyi və istəyi olmadan dövlət başçısının verdiyi fərmanı yerinə yetirmək çətin olacaq bəlkə də heç mümkün olmayacaq. Çünki şifahi dilimizdə yəni danışığımızda da böyük qüsurlar var. Bunlardan ən pisi və dəhşətlisi müqəddəs olan ata sözünün papa, ana sözünün mama olaraq ifadə edilməsidir. Şifahi danışıqda qüsurlar çoxdu, lakin millətin varlığını yaşadan ədəbi yazılı dilidir. Hər bir sözün məhvi, yəni yad sözlə əvəzi minlərlə insanın ölümünə bərabərdir. Yəni bir millətin məhvi, soyqırımı deməkdir.
Dövlət başçısının verdiyi fərmana əsasən yaradılan dil müfəttişliyinə kömək üçün bəzi sözlərə və ifadələrə aydınlıq gətirməyi lazım bildim.
Öncə hörmətli müfəttişliyin və oxucuların nəzərinə çatdırıram ki, Azərbaycan (Türk) dilinin sözlərinin yad sözlərlə ifadəsinə hələ 1980-cı illərdən başlanıb.  O zaman Aztv-də “Ana dili” velişi aparan hörmətli alim mərhum M.Quliyevə də yazmışdım və o bu yazını verlişlərin birində işıqlandırmışdı.
30.03.1988-ci il tele teatrda, yaşı 30-a qədər olan gənc yaradıcılarla görüşdə “Toxunmayın mənim ana dilimə” şerimi oxumuşam. “Hörmətli” tanınmış münsiflər bu şerə ironia ilə cavab verdilər.
Dəhşət budur ki, indi 1980-ci illərdən daha betər yad sözlər peyda olur.
Ölmüş-yəni tamamən işlədilməyən sözlər.
Surət-Obraz
Dəqiq-Konkret
Xasiyyət-Xarakter
Xüsusiyyətlər- Xarakterlər
Məlumat- Informasiya
Nikbin- Pozitiv
Bədbin- Pessimist
Küt- Passiv
Gedişat- Proses
Peşəkar- Profisonal
Meydan- Stadyon
Oyun- Matç
Hücrə- Kamera
Elimli- İntelekt
Duyğu- Instink
Şeriyyat- Poeziya
Şairanə- Poetik
Deyişmə- Duet
Şivə- Dialekt
Hissiyat- Emosya
Rəsm- Portret
Şəkil- Foto
Rəmz- Simvol
Hissə,Parça- Fraqment
Kürsü- Tribuna
Qərəl- Norma
Yetərli-Normal
Qədim- Klassik
Üsul- Variant
İfa- Repertuar
Qəttiyətli- Prinsipal
Mühacir- Miqrant
Müdriyyət- Admnistrasya
Düzəliş- Aranjıman
Yönəlmək, Əlaqəli olmaq- Inteqrasiya
Firqə- Partiya
Yazar- Jurnalist
Pay,Miqdar- Limit
Mədəni Tədbir- Simpozium
Əsas, Sübut- Fakt
Vəzifə- Funksiya
Tapı- Kupça
Dövr, Qayda, Vaxt- Rejim
Elan, Bildiriş- Anons
Böhran, Tənəzzül- Infilyasiya
Yardımçı, Maliyyəçi, Xeyriyyəçi- Sponsor
Doğmalaşmağa başlayan və artıq mətbuat və televiziyada müntəzəm işlədilən yad sözlər və yad ifadələr:
Problem, prinsip, primitiv, stansiya, aksiya, konsepsiya, konsensus, trinajor, zal, salon, senzura, tolerantlıq, multikultralizm, iskustva, sistem, svilizasiya, süjet, svil, orxitektor, klip, protest, tip, travma, stres, strategiya, strateji, tempratur, termoment, termometr, forma, absurd, rinq, qrup, qruppa, sezon, zona, rayon, transfer, stimul, enerji, estetik, aqresiya, simpitom, prespektiv, aktiv, çertyoj, klinik, komfulyaj, aspekt, infrastruktur, effekt, struktur, pereparat, aparat, korpus, nerv, deformasiya, aktual, reablitasya, pedaqoq, psixoloq, psixoloji, kompensasiya, kordinat, karantia, denstruktiv, klinika, kanal, intensiv, regional, anoloji, predment, eroziya, orqan, pezsepsiya, tip, kontakt, ekvalent, deportasya,risk, missiya, invistisya, agentlik, agent, kollektiv, konstitusya, seperatizm, status, prospekt, marşrut, respublika, restoran, evakuasiya, lokallaşdırma, moment, anbalajlamaq, potensial, korrupsiya, kvota, dizenfeksiya,antisanitariya,avtomagistral,stat kontinental, bioqrafiya, insident, aliment, element, start, finiş, distributer, pensiya, tolerantliq, praqmatiya, voleybol,  futbol, populyar,  publika, mentalitet, analitik,  etap, operativ, zastava,  naryad,  magstral, sutka, alternativ, kominakasiya, sklet, ruza-port, detal, şotka, parfumeriya, brendimiz,  kolleksiya, kontekst,  deviz, massiv, epizod, lider, nota, liqa, kompozisya, proqnoz, diaqnoz, kadr, rol, ekskuliziv, albom, leksika, janr, maksimum, minumum, qaleriya, uçot, çempion, liqa, standart, tunel, form, obyektiv, subyektiv, lisenziya, viza, anormal, raund, potensial, revans, transplatasiya, kontekst, proqram, aktyor, aktrisa, konfrans, sektor, boks, xakkey, diaspor, assossasiya, monitorinq, kapirovka, seleksiya, orginal, orjinal, kompanya, status, rejisor, fantaziya, fantastika.
O sözlər ki var elmi texniki sözlərdir, onların istər ədəbi dildə istərsə də şifahi dildə işlədilməsinə iradım yoxdur.
Avtomobil, avtobus, telefon, televivya, mexanika, fizika, kimya, internet, kauçuk, kompüter, transformator, faks, SMS, stenoqram, kardioqram, efir, ekran, akademia, professor, benzin, salyarka, mazut, siqaret, mexanizator, kombayn, teatr, film, kamera, ekologiya, zavod, fabrik, traktor, buldozer, velosiped, motosklet, federasiya,poema, roman, dissertasiya, akrobat, final, sosyal, biologiya, zoologiya, anatomiya, qəzet, jurnal, paralel və i.a.
Bu sözlərin çoxunun tərcüməsi var. Amma çox təssüflər olsun ki, dilçi alimlərimiz bu haqda fikirləşmirlər əksinə yeni yad sözlər yaradırlar.
Biz orta məktəbdə imla yazarkən üç səhv buraxardıqsa mənfi qiymət alardıq. Bəs indi mətbuatda, tele-radio verlişlərində buraxılan bu qədər səhv sözlərə və ifadələrə görə kim qiymət verir. Həm də bu sözləri və ifadələri tanınmış alimlər, dilçilər, ədəbiyyatşünaslar, folklorşünaslar işlədirlərsə?
Nümunələr:
“Onlar klassik türklərdir”, “Onlar miqrasiya eləyiblər”Firudun Cəlilov GünAz tv 09.11.2018  09:45
“Karantiya ola bilməz” , Nemət Qasımlı “ustad dərsi” verilişi GünAz tv 08.11.2018
“Nol-beş, Nol-beş”H.Rəcəbli millət vəkili Az.tv 16.11.201820:25
“Klassik ədəbiyyatı da yaxşı bilirdi” Məhərrəm Qasımlı  Mədəniyyət kanalı 13.10.2018 Hörmətli alimə apardığı verlişlərə görə təşəkkür edirəm. Lakin apardığı verlişlərdə “obraz” xarakter və bu kimi yad ifadələri çox işlədir.
“Klassik şərq ədəbiyyatının obrazlarının, …..”Detal, poetik, poeziya, obyekt,sistem, real, predmetlər ifadələri Mədəniyyət kanalı “Məclisi üns” 14.11.2018
“Vur-vurum prinsipinə əsaslanırlar” “Hələ də emosyalarını cilovlaya bilmirlər” OBB İdman kanalı Nurməmmədovun döyüşü 22:32
“Meymunların intelektinin…..”Xəzər tv 13.11.2018 saat 03:27
“Formal xarakter daşıyır”Real tv 19.11.2018   saat  01:30 Xəbərlər təkrar
YENİ SÖZ KƏŞFİ:
 Aqruniativ-sözlər –yapışqan sözlər: Kamal Abdullayev. Hörmətli alim yapışqan sözünü aqruniativ sözü ilə əvəz etməklə dilimizə yeniliklər gətirir.Təbii ki, belə yeniliklər olmasaydı dilimizdə bu qədər lüzumsuz yad sözlər və ifadələr olmazdı.
Yuxarıda qeyd etdiyim dilimizdə işlədilən bu qədər yad sözləri 2 gün ərzində televiziya kanallarından eşidib yazmışam. Halbu ki bu cür yad sözlər və ifadələr daimi işlədilir və Azərbaycan dili tarixindən danışan zaman xalqı çaşbaş qoyan hörmətli alimlərimiz nəyə və kimə xidmət edirlər.
Azərbaycan dilinin ekvalenti Dədə Qorquddan gəlir. K.Abdullayev . Hörmətli alim eyni verlişdə proses, debat, funksiya, status, etalon, stiuasiya, intellektual, yad ifadələr işlədir.
Azərbaycan ədəbi dilinin Fizulidən götürmə meyli var. N.Cəfərov Az.tv 11.09.2018  22:30Hörmətli alimin işlətdiyi yad ifadələr: Problem, informasiya, publika, standart, konkret, intonasiya, faktiki, dialekt, klassik, norma, eksperiment, publisistika 05.11.2018
“Azərbaycan dilinin keşiyində durmuş M.C.Məmmədquluzadə” R.Hüseynov Hörmətli alimin işlətdiyi yad ifadələr: stiuasiya, problem, informasiya, normalar.
“Azərbaycan dilinin tarixi” Aztv 14.11.2018  saat 03:50Mahmut Kaşğarinin  “Divani lüğəti türk” divanının müzakirəsi
Mahmut Kaşğarinin   “Divani lüğəti türk” divanının “Azərbaycan dilinə tərcüməsi”.“Ərəb dili Quranın dili idi müqəddəsliyi vardı” N.Cəfərov.
Hörmətli alimlərimiz 1936-cı ilə qədər “Azərbaycan dili” “Azərbaycanlı milləti” ifadəsinin heç zaman olmadığını və bu ifadələrin Azərbaycan (Turan) türklərinin məhvinə yönəlmiş A.Mikoyan, İ.F.Çoxaşvili Stalin tərəfindən aparılan bir tədbirin məhsulu olduğunu bilməmiş deyillər.
Hörmətli alimlərin “Aərbaycan dilinin” tarixini aparıb Dədə Qorquda, Füzuliyə, M. Kaşğariyə və nəhayət M.C.Məmmədquluzadəyə bağlamaqları, A.Mikoyanın və İ.F.Çoxaşvili Stalinin tədbirlərinin davamıdır.
Hörmətli alimlər Dövlət başçısının verdiyi fərmana əsasən yaradılan müfəttişliyin sədri və üzvləridir.
Dövlət başçısı İ.Əliyev Cənabları bütün çıxışlarında hörmətli alimlər və yazarlar qədər yad ifadələr işlətmir.
“Azərbaycan dili o qədər zəngindir ki, onun xarici müdaxiləyə ehtiyacı yoxdur” Azərbaycan Cümhuriyyətinin başçısı İ.H.Əliyev Cənabları.
Hörmətli N.Cəfərovun nəzərinə çatdırıram ki, Ərəb dili Quran dili deyildir və heç bir dildən də üstün və müqəddəs deyildir.
Müqəddəs “Qurani Kərim” nazil olmamışdan əvvəl ərəb dili və ərəb əlifbası vardır.
Əlanam surəsi (6)
Ayə 156
“Biz onun size kitab ancaq iki tayfaya (yəhudilərə, xaçpərəstlərə) nazil edilmişdir, biz onların oxuduqlarından xəbərsizik”
Ayə 157
“və ya bizə də kitab nazil edilsəydi onlardan daha artıq düz yolda olardıq – deməməyiniz üçün (göndərdik) artıq rəbbinizdən sizə açıq-aşkar bir dəlil hidayət və mərhəmət gəlmişdir.
Füsulət surəsi (41)
Ayə 44
Əgər biz onu özgə bir dildə olan Quran etsəydik (Məkkə müşrikləri) – məgər onun ayələri (bizim üçün) müfəssəl izah olunmalı  deyildimi? Bu nədir?- Quran özgə dildə, peyğəmbər ərəbmidir deyərdilər. (Ya Muhəmməd) de ki, o iman gətirənlərə hidayətdir və şəfadır.
“Heç bir ərəbin qeyri ərəbdən, bir başqasının isə hər hansı bir ərəbdən üstün cəhəti yoxdur.Çünki bütün insanlar adəm oğullarıdır.Adəm də torpaqdandır” Həz. Muhəmməd peyğəmbərin Həccə vida edərkən söylədiyi nitqdən.
Hörmətli alim nəyə əsaslanıb ərəb dilini müqəddəs və Quran dili hesab edir.Bir Akademikin savadsız bir molladan düşüncə fərqi yoxsa adi insanları necə qınayaq.
Ərəb dilini öz ana dilimiz olan türk dilindən üstün bildiyiniz üçün onun necə adlandırılmasının sizin üçün nə əhəmiyyəti var.Ərəb torpaqlarını öz ata torpaqlarımızdan müqəddəs bildiyiniz üçün bir İrəvanlı, Göyçəli, Zəngəzurlu və i.a. özünü ermənistanlı adlandırıb çox böyük qürurla “ermənistanlıyam” deyir.
“M.H.Şəhriyar da “Türkün dili” şeirini yazıb amma bu yenə Azərbaycan dilidir” Teymur Kərimli.
“Türk dilində elə bir söz yoxdur ki, Azərbaycan dilində olmasın” Cahangir. Yazar ADU-nin  kafedra müdiri. Qəribədir hörmətli alimləri belə gülünc ifadələri işlətməyə məcbur edən nədir?
Hər zaman ulu öndər H.Ə.Əliyevdən nümunə və örnək göstərirlər.
Hələ 1980-cı illərdə Az.SSR-nin birinci katibi işlədiyi zaman ulu öndərin etdiyi çıxışların mətinnini oxuyub ordakı dilin saflığından da bir örnək göstərsələr yaxşı olar.Ümumiyyətlə ulu öndərin bütün çıxışlarını birdaha yada salsınlar.
“Biz bir millət iki dövlətik”. Demək ki, biz “Azərbaycanlı” milləti deyil türk millətiyik.Türk millətinin dili də türk dili olar.Yəni bir millətin iki dili olmaz.Belə getsə hörmətli alimlərimiz 1936-cı ildə “Azərbaycan dilinin” yaranmasının 100 illik yübuleyini keçirəcəklər.14.12.2018-ci ildə Az.tv-də bu mövzuya aid verliş təşkil olunmuşdu. Həmin verilişdə N.Məhərrəmli və mətbuat şürasının sədri Əflatun Amaşov və başqa tanınmış şəxslər iştirak edirdilər, yenə köhnə tas, köhnə hamam.
Dinlə məni,gözəl vətən!
Bir söz gəlir ürəyimdən
Stalinin eşqiylə sən
Güləcəksən hər bir zaman,
Azərbaycan,Azərbaycan!!!(Səməd Vurğun)
Böyük dahi Səməd Vurğunun uzaq görənliyi necə də özünü göstərir.
Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.
Öz şerini farsa, ərəbə qatmasa şair,
Şeri oxuyanlar, eşidənlər kəsil olmaz.
Fars şairi çox sözünü bizdən aparmış,
Sabir kimi bir süfrəli şair pəxıl olmaz.
Türkün məsəli, folkloru dünyada təkdir,
Xan yorğanı, kənd içrə məsəldir, mitil olmaz.
Türkün  qoşunu Qeysəri-Rumu əsir etmiş,
Kəsra sözüdür, bir belə tarix nağıl olmaz.(M. Şəhriyar)
Zirəddin Türk oğlu (Quliyev)
Təqaüdçü, Qarabağ müharibə veteranı
1990-cı ildə Bakı şəhəri, Dil, mədəniyyət, tarix, elm müfəttişliyinin üzvü.

Bir cavab yazın