“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də kollektiv toplantı keçirilib


“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) kollektiv toplantı keçirilib. Toplantıda Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) rəsmisi Cəmilə Səttarova da iştirak edib.
Səhmdar Cəmiyyətin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə QSC-nin sədri Rövşən Məmmədov fevralın 14-də Azərbaycan Televiziyasının 64 yaşının tamam olması münasibətilə bütün kollektivi, xüsusən də veteran əməkdaşları təbrik edib, onlara milli televiziyanın formalaşması yolunda göstərdikləri fəaliyyətə görə təşəkkür edib. Bildirib ki, kollektivlə bu formatda görüş bundan sonra hər ay keçiriləcək.
“Kimin nə təklifi, nə arzusu varsa, bu görüşlərdə çox rahat formada müzakirə edəcəyik. Biz həmkarıq”, – deyən sədr AHİK rəsmisi Cəmilə Səttarova ilə toplantıdan əvvəl Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının fəaliyyəti ilə bağlı apardığı müzakirələr barədə də məlumat verib.
Sonra çıxış edən C. Səttarova son 1 ildə AzTV-də baş verən yeniliklərdə həmkarların, əsasən də qurum əməkdaşlarının bütün məqamlarda işçi hüququnun yüksək səviyyədə təmin olunmasına diqqət çəkib. O deyib: “Biz şadıq ki, AzTV-yə artıq belə bir rəhbər sədrlik edir. Bizim Rövşən müəllimlə bir çox birgə razılaşmalarımız oldu. 2020-2022-ci illəri əhatə edəcək növbəti sahə sazişinin imzalanmasından başqa, biz teleradio sahəsində həmkarlar üzrə iki beynəlxalq təşkilatın Azərbaycana dəvət edilməsi ilə bağlı da qərara gəldik. Bundan başqa, fəal həmkarlar üçün birgə seminarlar təşkil edəcəyik”.
Daha sonra QSC-nin bir qrup əməkdaşı AHİK tərəfindən təltif olunub.

Bir cavab yazın