Azərbaycanda həkim rüşvət alarkən görüntüləndi – VİDEO

Qusar rayon Mərkəzi Xəstəxanasında həkimin rüşvət alması görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, laboratoriya şöbəsinin həkimi analiz cavablarını alan vətəndaşlardan pul alıb.
Oxu.Az-ın redaksiyasına göndərilən videonun dünən səhər saatlarında Qusar rayon Mərkəzi Xəstəxanasında çəkildiyi bildirilir.
Videodan həkimin açıq-aşkar pul aldığı görünür.

Bir cavab yazın