Azərbaycanda yeni medal təsis edildi

Milli Məclisinin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, Azərbaycanda yeni “Diaspor fəaliyyətində xidmətə görə” medalı təsis edilir: “Bu medal diaspor fəaliyyətində fərqlənən şəxslərə veriləcək”.
Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Bir cavab yazın