“Azərişıq” ASC-nin transformatorunda baş vermiş yanğın söndürülüb


Bu gün səhər saat 05.50-də Qobustan stansiyasının ərazisində “Azərişıq” ASC-yə məxsus transformatorda yanğın olub.
“Report” xəbər verir ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin ərazi üzrə yanğınsöndürmə maşınları, Biləcəri və Hacıqaqbul yanğınsöndürmə qatarları cəlb edilib. Saat 08:30-da yanğın söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, qatarların hərəkətində fasilə yaranmayıb. Yanğına texniki nasazlıq səbəb olub.
Hadisənin təfərrüatı və başvermə səbəbləri araşdırılır.

Bir cavab yazın