AzTV-nin əməkdaşları qəzaya düşüb, 3 nəfər xəsarət aldı

Bakının Səbail rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Parlament prospektində 2 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Cəfərzadə Samir Şahid oğlu və daha iki xanım xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yaralanan şəxslər Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları olub.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.(APA)

Bir cavab yazın