AzTV-nin yeni veb saytı istifadəyə verilib


Azərbaycan Televiziyasının (AzTV) yeni veb saytı (www. aztv.az) istifadəyə verilib.
Bu barədə  AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
İnternet resursda televiziya və radionun tarixi barədə məlumatlar, həftəlik proqramlar, anonslar və sair yer alır.
Daha dinamik formaya malik olan saytın məzmun kontenti də zənginləşdirilib. Yeni resurs yalnız korporativ deyil, eyni zamanda informasiya saytı kimi fəaliyyət göstərəcək, oxucularını müxtəlif sahələrlə bağlı operativ olaraq məlumatlarla təmin edəcək.
Saytda televiziya və radioda efirə gedən verilişlərin, filmlərin anonsları da təqdim olunur. Yeni resurs verilişləri canlı izləməyə də imkan verir.
Qeyd edək ki, “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarının internet resursları da yenidən işlənilir, yaxın günlərdə bu saytlar da istifadəyə veriləcək.

Bir cavab yazın