Baş nazir Space Tv-nin qonağı oldu

Baş nazir Space Tv-nin qonağı oldu

Bu günlərdə Azərbaycan Respublikasının baş naziri Novruz Məmmədov Space tv-də olub.

Kanalın mətbuat xidmətindən bildirilib ki, Novruz Məmmədovun Space tv-də olmasının məqsədi yeni layihədə iştirak etməsidir.

Sentyabrın 6-da saat 22:50-də  Space tv-də “Sadə həqiqətlər”  verilişi yayımlanacaq.  Verilişin ilk qonağı isə baş nazir Novruz Məmmədov olub. İctimai-siyasi yüklü “Sadə həqiqətlər” verilişi digər verilişlərdən fərqlidir.

“Sadə həqiqətlər” verilişinin aparıcısı efirdə görünməyəcək və onun  səsindən kimliyini tamaşaçılar müəyyənləşdirə biləcəklər.

Bir cavab yazın