Baş nazirdən rus jurnalistlərə şok: “Niyə Qaregin Njdeni ittiham edirsiz, Molotovu yox?”

Paşinyan: “Qaregin Njde sovet marşalı Baqramyan qədər eyni ehtirasla sevilir”


Xəbər verdiyimiz kimi, İrəvanın mərkəzində Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş cəllad Qaregin Ter-Arutyunyanın xatirəsinə abidə ucaldılıb. Hansı ki, bu abidənin sökülməsi zərurəti prezident İlham Əliyev tərəfindən də dəfələrlə dilə gətirlib, belə bir addımın yolverilməz olduğu vurğulanıb.

Bu günlərdə Ermənistanın baş naziir Nikol Paşinyan rus jurnalistlərlə görüşündə Qaregin Njde məsələsinə toxunaraq, erməni faşistini nəinki müdafiə edib, ona qarşı hücumları kəskin şəkildə qınayıb. Paşinyan iddia edib ki, Qaregin Njde kimi SSRİ-nin xarici işlər naziri Molotovun da Üçüncü Reyxlə təmasları olub. Əgər buna görə Qaregin Njde ittiham olunursa, o zaman eyni məntiqlə Molotov da ittiham edilməlidir.

Paşinyan dolayısı ilə Stalini də hədəfə gətirərək bir sıra həqiqətlərin hələ də kimsəyə bəlli olmadığını bildirib.

Qaregin Njdeyə gəlincə, Paşinyan onun kimliyi məsələsində tərəddüd və şübhə etmədiklərini bildirib və qeyd edib ki, o, ermənilər üçün sovet marşalı Baqramyanla eynidir və eyni ehtirasla sevilir.

Bir cavab yazın