“Bu gün gənclərimiz üçün hərbi xidmətdə olmaq şərəf sayılır” – SHXÇDX-nin fəaliyyəti təqdir olundu…

Aydın Mirzəzadə: “Bu qurum öz işini yüksək peşəkarlıqla həyata keçirir”

Xəbər verdiyimiz kimi, fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının 8-ci ili tamam olub.

Bəs SHXÇDX-nin 8 illik fəaliyyəti nə dərəcədə qənaətbəxşdir? Dünyadakı analoqları ilə müqayisədə SHXÇDX öz işini lazımı peşəkarlıqla qura bilibmi?

“Sovet dönəmi və müstəqilliyimizin ilk dövründə hərbi çağırış Müdafiə Nazirliyinin tərkibindəki idarə tərəindən həyata keçirilirdi. Ancaq cənab prezident 8 il bundan öncə SHXÇDX-ni yaratmaqla onu müstəqil bir quruma çevirdi. İndi bu qurum tərəfindən müstəqil şəkildə həm vətəndaşların hərbi uçotu aparılır, həm də həqiqi hərbi xidmətə çağırış həyata keçirilir.

SHXÇDX-nin yaradılması beynəlxalq təcrübəyə əsasən atılan addımdır. Bu 8 il ərzində SHXÇDX təcrübə toplayıb, öz fəaliyyəti ilə özünü doğruldub.

 

Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanda hərbi çağırışdan yayınma halları yoxdur və ya olduqca aşağı səviyyədədir. Bu gün Azərbaycan gənci üçün hərbi xidmətdə olmaq şərəf sayılır.

 

Bir sözlə, SHXÇDX öz işini günün tələbləri səviyyəsində, yüksək peşəkarlıqla həyata keçirir və onun fəaliyyəti yetərincə təqdirəlayiqdir”

Bir cavab yazın