Cavid Qurbanov Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasına baxış keçirib – FOTOLAR


“Azərbaycan Dəmir Yolları” QSC-nin Sədri Cavid Qurbanov “ADY Express” MMC-nin tərkibində fəaliyyət göstərən Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasına baxış keçirib, burada aparılan təmir-bərpa işlərinin nəticələri ilə tanış olub.
Stansiyada görülən işlər haqqında Dəmir Yolu Sədrinə məruzə edilərək, stansiyada yaradılan şərait və iş prosesi barədə məlumat verilib. Bildirilib ki, Cən vaqonlarının daxildən yuyulması ilə yanaşı, xaricdən də yuyulması üçün yeni avadanlıqlar quraşdırılıb. Eyni zamanda Dəmir Yolu Sədrinə, çirk sularının təmizlənməsi və təkrar yuyulma prosesində istifadə edilməsi üçün qurğular nümayiş etdirilib.
Cavid Qurbanov Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasında çalışan əməkdaşlar üçün yaradılan məişət şəraiti, çən vaqonlarının yuyulması prosesində tətbiq edilən texnoloji yeniliklər, stansiya ərazisində yaradılan təlim-tədris mərkəzi ilə tanış olaraq tapşırıqlarını verdi.
Qeyd edək ki, Biləcəri Yuyucu-Buxarlayıcı stansiyası 2018-ci ilə yanvarın 9-da “ADY Express” MMC-nin tərkibinə daxil edilib və elə həmin tarixdən burada təmir-bərpa işlərinə və avadanlıqların əvəz edilməsi prosesinə start verilib. Paralel olaraq texnoloji proses, çən vaqonlarının buxarla yuyulması işləri davam etdirilib. İstehsalat prossesinin ekoloji standartları yüksələrək, dünya standartlarına cavab verib.
Həbib Misirov adlı şəxsin şəkli.Həbib Misirov adlı şəxsin şəkli.Həbib Misirov adlı şəxsin şəkli.Həbib Misirov adlı şəxsin şəkli.

Bir cavab yazın