Dünyada daha bir müstəqil dövlət yarana bilər


Sakit okeanda yerləşən kiçik Buqenvil adası müstəqillik haqda referendum keçirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ada sakinlərinin 98%-i Papua-Yeni Qvineya dövlətindən ayrılaraq müstəqil olmağa səs verib.
176 min seçici müstəqilliyə “hə”, 3 mini isə “yox” deyib. Yox deyənnlər adanın geniş muxtariyyətinin kifayət olması qənaətindədir.
Papua-Yeni Qvineya Buqenvil sakinlərinin referendum keçirməsinə icazə vermişdi. 1970-ci illərdə adanı tərkibinə qatan Papua-Yeni Qvineya dövləti 15 min insanın öldüyü 2 müharibədən sonra adaya tam nəzarət edir. Yeni Zelandiya və Avstraliya hökumətlərinin vasitəçilyi ilə imzalanmış sülh sazişinə əsasən, Buqenvil adası müstəqillik referendumu keçirə bilər.

Bir cavab yazın