Ermənistanda etirazlar davam edir

Ermənistanda etirazların ardı-arası kəsilmir. Bu dəfə hökumət evi qarşısına toplaşaraq etiraz edənlər ölkədə ömürlük həbs edilənlərin doğmalarıdır. Onlar Robert Köçəryanın 2003-cü ildəki qanunvericilikdəki dəyişikliyə və hakimlərin çıxardığı qərəzli qərarlara etiraz edirlər.

İşğalçı ölkədə  ömürlük həbs edilənlərin sayı 97 nəfərə çatıb. Etirazçılarla birlikdə hökumət evi qarşısına gələn Ermənistanın hüquq müdafiəçisi Janna Aleksanyan bu barədə məlumat verib.

“Ömürlük həbs edilənlərin 91 nəfəri məhz 1998-2016-cı illərdə sabiq prezident Robert Köçəryanın və Serj Sarkisyanın ölkəyə rəhbərlik etdiyi illərə təsadüf edilir. Robert Köçəryan 2003-cü ildə ömürlük həbslə bağlı qanunvericilikdə dəyişiklik edərək güllələnmə qərarını maddədən çıxarıb və onu ömürlük həbslə əvəzləyib. Bu da beynəlxalq qanunların tələbinə ciddi şəkildə ziddir. Güllələnmə qərarının tələbləri məhkum olunan şəxsə imkan verirdi ki, 20 il cəzanı çəkdikdən sonra, əlbəttə ki, cəzaçəkmə müəssisəsində nizam-intizam qaydalarını əməl etmək şərtilə azadlığa çıxsın. Ancaq Köçəryanın qanunvericiliyə etdiyi dəyişiklikdən sonra bu qərar qüvvədən düşmüş hesab edilirdi. Bura toplaşanların hamısı ömürlük həbsə məruz qalanların valideynləri və doğmalarıdır. Onlar  baş nazir Nikol Paşinyandan tələb edirlər ki, ömürlük həbslə bağlı qanunvericilikdəki dəyişiklik ləğv olunsun. Qanunla ömürlük həbs Robert Köçəryanın özünə şamil edilməlidir. Çünki onun əli 1 mart hadisələrində dinc sakinlərin qanına bulaşıb”.

Validenylər bildirir ki, övladları böhtan atılaraq ömrlük həbs ediliblər. Etiraz əlaməti olaraq hökumət evi qarşısına toplaşan valideynlər baş nazir Nikol Paşinyandan tələb edirlər ki, son 20 ildə ömürlük həb edilənlərin cinayət materialları yenidən araşdırılsın və bu işdə qərəzli mövqe tutan hakimlərin hamısı cəzalandırılsın.

Bir cavab yazın