Flora Kərimova Azərbaycan Radiosunun canlı efirində

Əməkdaşımız Sədaqət Raufqızı çox gəncdir, öz diliylə desək, qazanacağı böyük uğurları hələ qarşıdadır. Amma sənətsevər, musiqi həvəskarı olan dinləyicilərimiz başqa fikirdədirlər…

Sədaqətin “Retromania” verilişi qısa bir  vaxtda geniş dinləyici auditoriyası toplayıb,  öz müəllifinə yetərincə populyarlıq  bəxş edib.   Hər həftənin tək günlərində  50 dəqiqə  müddətində birbaşa  efirə çıxan “Retromania”ya  dinləyici marağı durmadan artmaqdadır.

Verilişin budəfəki (21 iyun  saat 14.10 ) qonağı ilə efir görüşü isə heç şübhəsiz, daha yaddaqalan, unudulmaz olacaq: xalqımızın sevimli sənətkarı, xalq artisti Flora Kərimova sizləri studiyamızdan  salamlayacaq, öz həyat və yaradıcılığı, ifa etdiyi mahnılar barədə  danışacaq və əlbəttə ki, aparıcımızı maraqlandıran sualları  cavablandıracaqdır.

Bir cavab yazın