Gəncədə dezinfeksiya işləri uğurla aparılır – Video

“Aztv.news” xəbər verir ki, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Gəncədə küçə və prospektlərdə, habelə çoxmənzilli binalarda dezinfeksiya işlərinə başlanılıb. Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) rəis müavini İlqar Əsədov bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Gəncədə də müvafiq tədbirlər görülür. Bu tədbirlərdən biri də şəhərdə fəaliyyət göstərən taksi maşınlarında əhainin sağlam qalması naminə dezinfeksiya işlərinin aparılmasıdır. Bu işlər gündəlik olaraq həyata keçirilir. Dezinfeksiya işlər şəhərin küçə və prospektlərini, yaşayış massivlərini, park və xiyabanları əhatə edəcək. Səhər saatlarından başlayaraq şəhərin küçə və prospektləri xüsusi ayrılmış avtomobillər vasitəsilə dezinfeksiya edici məhlullarla yuyulub. Bununla yanaşı şəhərdə olan çoxmənzilli binalarda dezinfeksiya işləri aparılıb. İşlər xüsusi ayrılmış briqada tərəfindən 4 istiqamətdə həyata keçirilib. İşlərə Gəncə Şəhər MKTİB-in onlarla texnika və yüzə yaxın canlı qüvvəsi cəlb edilib. İşlər mütəmadi olaraq davam etdiriləcək.

Daha ətraflı videosüjetimizdə izləyə bilərsiniz!

“Aztv.news”

Seymur Məmmədov

 

 

Bir cavab yazın