Gəncədə valyutadəyişmə məntəqəsinin işçisi öldürülüb


Gəncədə qətl törədilib. Hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. 1989-cu il təvəllüdlü Əliyev Mirağa İlqar oğlu küçədə bıçaqlanaraq öldürülüb. Hadisənin kimin tərəfindən törədildiyi hələlik məlum deyil.
M.Əliyev şəhərdə fəaliyyət göstərən valyutadəyişmə məntəqələrindən birində işləyib.
Faktla bağlı araşdırma aparılır.(APA)

Bir cavab yazın