“Həkimlər deyir ki, düzələcək, amma görün neçə aydır vəziyyət eynidir…”

Bir müddətdir ki, səhhətindəki problemlərdən əziyyət çəkən muğam ustadı, Xalq artisti Canəli Əkbərov hələ də ev şəraitində müalicə olunur.
C.Əkbərov Moderator.az-a açıqlamasında bir neçə aydır ki, müalicə almasına baxmayaraq hələ də səhhətinin yaxşı olmadığını deyib:
“Səhhətim yaxşı deyil, səsimdən də hiss edirsiniz ki, necəyəm. Ayaqlarımdakı problem hələ də tam düzəlməyib. Evdə gəzirəm, amma evdən bayıra çıxa bilmirəm. Həkimlər isə deyir ki, düzələcək, amma görün neçə aydı vəziyyət eynidi”.
Xalq artisti xəstəxanada yatarkən ona baş çəkən küsülü həmkarlarına minnətdarlığını bildirərək onların özlərindən böyüyə hörmət etdiyini deyib:
“Onlardan çox razıyam, belə gündə öz insanlıqlarını yerinə yetirdilər. Dost olmağı, özündən yaşda böyük olan insanlara hörmət etməyi ortaya qoydular. Bax, dostluq, sənətkara hörmət budur”.

Bir cavab yazın