Kosmik sənaye sahəsində Rusiya və Qazaxıstanın əməkdaşlığı güclənəcək

Rusiya və Qazaxıstanın kosmik sənaye sahəsində əməkdaşlığı güclənəcək. Bu barədə Nur-Sultan şəhərində səfərdə olan Rusiyanın “Roskosmos” korporasiyasının rəhbəri Dmitri Roqozin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə keçirdiyi görüşdən sonra bəyan edib.

Aztv.News ” AZƏRTAC “-a istinadla xəbər verir ki, tərəflər “Bayterek” kosmik raket kompleksi layihəsinin 2022-ci ilədək başa çatdırılması, “Baykonur” kosmodromunda birgə fəaliyyətin gücləndirilməsi məsələlərini müzakirə ediblər. Qərara alınıb ki, üç ildən sonra “Bayterek”in ilk sınaq uçuşları keçirilsin, habelə “KazSat2-R” süni peykinin hazırlanması üzrə birgə işlər aparılsın.

Bundan başqa, Rusiya və Qazaxıstan Baykonur şəhərinin abadlaşdırılması və sakinlərin rifahının yaxşılaşdırılması, Qızıl Orda vilayətində Baykonur Azad İqtisadi Zonasının yaradılması barədə razılıq əldə edilib.

Bir cavab yazın