Molla polis şöbəsini teraktdan xilas etdi-FOTO

Nyu-York polisi Bronks  rayonundakı məscidlərindən birinə çox qəribə və kriminal təkliflə gələn bir şəxsi axtarır.
Naməlum şəxs yerli vaxtla saat 16-da Raynlender küçəsində yerləşən məscidə daxil olaraq gözlənilməz bir xahişlə imama müraciət edib. Hüquq-mühafizə orqanlarından verilən məlumatda deyilir ki,  kişi imamdan yaxınlıqdakı polis məntəqəsinə hücum təşkil etmək üçün ona kömək göstərməsini istəyib.
Məscidin gözlənilməz təklifdən sarsılmış rəhbəri naməlum adamın dərhal ibadətgahı tərk etməsini əmr edib və maraqlıdır ki, o,  səssizcə bayıra çıxıb. Molla isə polisə zəng edərək naməlum şəxsin yerli şöbəyə qarşı terror aktı həyata keçirmək niyyəti barədə məlumat verib və məscidin müşahidə kamerasının qeydini də təqdim edib. Terrora cəhd edən şəxs hələ də axtarılır.

Bir cavab yazın