Neft Fondunda rəhbər dəyişikliyi ölkəmizə nə vəd edir – ekspertlərin dəyərləndirməsi


İqtisadçı ekspertlər dəyişiklikləri müsbət qiymətləndirdi: “Yeni mərhələdə xüsusən də strukturların çevikləşməsini, mobilləşməsini müşahidə edəcəyik”
Şahmar Mövsümov Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident  Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri təyin edilib. Belə ki, dövlət başçısının sərəncamı ilə Prezident Administrasiyasının yeni strukturu təsdiq olunub, Azərbaycan Respublikası Prezidentinin yeni köməkçiləri və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbə müdirləri təyin olunub.
Prezidentin imzaladığı həmin sərəncama əsasən, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov prezidentin köməkçisi  vəzifəsinə təyin edilib. Məlumat üçün bildirək ki, Ş.Mövsümov 31 yanvar 1972-ci ildə anadan olub. O, 1990 – 1995-ci illər Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq iqtisadi əlaqələr fakültəsində təhsil alıb, ixtisasca iqtisadçıdır.2003 – 2004-cü illər Harvard Universitetinin ConKennedi adına Hökumət məktəbinin, dövlət idarəçiliyi üzrə magistrı dərəcəsinə yiyələnib. 1995 – 2005-ci illər Milli Bankda beynəlxalq əlaqələr məsələlərinin təşkili, valyutanın idarə olunması və maliyyə bazarlarının inkişafı sahələri üzrə baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, departament direktorunun müavini, departament direktoru, İdarə Heyəti sədrinin baş müşaviri vəzifələrində çalışıb. 2005 – 2006-cı illər Milli Bankın Baş direktoru vəzifəsində işləyib. 15 may 2006-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsinə təyin edilib.
İsrafil Məmmədovun Neft Fonduna icraçı direktor təyin olunmasına gəlincə, dövlət başçısı noyabrın 29-da onu qəbul edib və etimadını ifadə edib: “Siz on ildən çoxdur ki, direktor müavini vəzifəsində işləyirsiniz, təcrübə toplamısınız. Mən qərara gəldim ki, sizi icraçı direktor vəzifəsinə təyin edim. Bu, böyük etimaddır. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız. Dövlət Neft Fondu bizim strateji aktivimizdir. Bu il biz Fondun yaradılmasının 20-ci ildönümünü qeyd edəcəyik. Əlamətdar hadisə ondan ibarətdir ki, ”Çıraq” platformasından ilk neft çıxarılandan iki il sonra – 1999-cu ildə Azərbaycanda Dövlət Neft Fondu yaradılıb. Fondun yaradılması ulu öndər Heydər Əliyevin tarixi qərarıdır. Bu gün bu qərar onu göstərir ki, nə qədər düzgün və vaxtında atılmış bir addım idi. Onu da bildirməliyəm ki, Neft Fondunun yaradılması ilə bağlı təklifi Ulu Öndərə mən vermişdim”.
İsrafil Məmmədov icraçı direktor ile ilgili görsel sonucu
Dövlət başçısı vurğulayıb ki, ölkəmiz üçün strateji sayılan sahələri də Neft Fondu maliyyələşdirir: “Biz ölkə qarşısında duran önəmli sosial layihələri icra edə bilmişik. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məhz Dövlət Neft Fondunun vasitəsilə icra edilir. Bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənibdir. Hər il Dövlət Neft Fondundan büdcəyə edilmiş transfertlər hesabına biz sosial layihələri icra edə bilirik, bu, maaşların, pensiyaların, müavinətlərin artırılmasına imkan yaradır. Eyni zamanda, ölkəmiz üçün strateji sayılan sahələri də Neft Fondu maliyyələşdirir. Onların arasında təhsillə bağlı olan layihələr var. Azərbaycan gənclərinin dünyanın aparıcı ali məktəblərində təhsil alması ilə bağlı təşəbbüs də Fond tərəfindən təmin edilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, digər önəmli strateji layihələr, qazma qurğularının tikintisi – bütün bunlar Dövlət Neft Fondunun vəsaiti hesabına icra edilib”.
Prezident  İlham Əliyev Neft Fondunun  vəsaitlərin idarəolunmasından əldə etdiyi gəlirlərin həcmini də müsbət qiymətləndirib: “Mən çox şadam ki, Fondun idarəetmədən əldə edilən gəlirləri artır. Bu, çox yaxşı göstəricidir. Bu il, – hələ il başa çatmayıb, – Dövlət Neft Fondunun gəlirləri 4 milyard dollardan çox artıbdır. Bunun 1,8 milyard dolları məhz idarəetmədən əldə edilmiş gəlirlərdir. Yəni bu, böyük vəsaitdir. Fondun düzgün siyasəti və vəsaitin düzgün yerləşdirilməsi, bax, belə imkanlar yaradır. Əminəm ki, bizim valyuta ehtiyatlarımız ildən-ilə artacaq. Hazırda bizim strateji valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur. Bu, rekorddur, tarixi göstəricidir. Bu, göstərici məhz ona görə önəmlidir ki, o, bizim ümumi daxili məhsulumuzdan da çoxdur. Mən əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirirəm. O cümlədən bildirmək istəyirəm ki, mən Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində dünyanın aparıcı fondlarının rəhbərləri ilə görüşlər keçirmişəm və çox böyük məmnunluq hissi ilə deyə bilərəm ki, onların da Fondumuz haqqında fikirləri çox müsbətdir. Azərbaycan Dövlət Neft Fondu nəinki ölkə ərazisində önəmli layihələr icra edir, eyni zamanda, dünyanın aparıcı fondları ilə də, – o fondların vəsaiti yüz milyardlarla ölçülür, – əməkdaşlıq edir və onlarla birlikdə müxtəlif sərmayə layihələrində iştirak edir. Bu, Fondun, ilk növbədə, nə qədər səmərəli təşkilat olduğunu göstərir. Digər tərəfdən, dünyanın vəsaiti yüz milyardlarla ölçülən aparıcı fondları öz reputasiyalarına çox böyük həssaslıqla yanaşırlar və onlar üçün pul əsas deyil. Onlar üçün əsas reputasiya və şəffaflıqdır.Bizim üstünlüyümüz ondadır ki, Fondumuz təkcə bir xəzinə kimi yox, doğrudan da önəmli beynəlxalq təşkilat kimi ölkəmizin imicinə çox müsbət təsir göstərir. Hesab edirəm ki, gələcəkdə dünyanın aparıcı maliyyə qurumları ilə bizim əməkdaşlığımız dərinləşməlidir. Fondun investisiya portfelinin şaxələndirilməsi istiqamətində indi aparılan işlər qənaətbəxşdir. Ancaq həyat yerində durmur, yeni alətlər meydana çıxır, yeni sərmayə yerləri maraq doğurur. Ona görə siz bu sahədə də çox çevik siyasət aparmalısınız. İndi dünyada iqtisadi inkişaf qeyri-bərabər şəkildə gedir. Bəzi ölkələrin iqtisadiyyatı daha böyük inkişafla artır. Ona görə biz çox çevik siyasət aparmaqla daha çox gəlir əldə etmək üçün ancaq az riskli aktivlərə fikir verməliyik”.
Son kadr dəyişikliklərinə münasibət bildirən iqtisadçı ekpertlər müsbət fikirlər səsləndiriblər.
İqtisadçı alim Vüqar Bayramov ile ilgili görsel sonucu
İqtisadçı alim Vüqar Bayramov “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, islahatlar davam etdirilir və bu  islahatların əsas seqmenti həm də struktur və kadr islahatlarının aparılmasıdır: “Hökumətdəki mövqeyinə görə, innovativ , pozitiv mövqeyinə görə tanınan gənc kadrlara önəm və dəstək verilməsi yaxşı haldır. Bizim mövqeyimiz də ondan ibarətdir ki, reputasiyası yaxşı olan kadrların birmənalı şəkildə fərqli postlara gətirilməsi, onlara daha yüksək postların təklif edilməsi məqsədəuyğundur. İslahatlar üçün bu vacibdir. İslahatlar çərçivəsində həm də artıq innovativ olmayan,  hökumətdə təmsil olunan nisbətən yaşlı hesab olunan nəslin yeni kadrlarla əvəz olunmasıdır. Digər istiqamət isə cəmiyyət arasında reputasiyası yaxşı olmayanların əvəzlənməsidir. Üçüncü istiqamət cəmiyyətdə reputasiyası yaxşı olanların böyük vəzifələrə gətirilməsidir. Bu kontekstdə son dəyişikliklər yeni kadr islahatlarının bir elementi hesab oluna bilər. İslahatlar davam edəcək, proseslər göstərir ki,  biz yeni mərhələdə həm kadr  islahatlarının aparılmasını, həm də yeni strukturların formalaşmasını, xüsusən də strukturların çevikləşməsini, mobilləşməsini müşahidə edəcəyik. Bu da islahatların genişləndirilməsi baxımından vacibdir. Son struktur və kadr islahatları müsbət addımlardır”.
Fikrət Yusifov ile ilgili görsel sonucu
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov bu dəyişikliyi kompleks islahatların tərkib hissəsi kimi dəyərləndirdi: “Prezident bu addımlarla öz ətrafında yeni  və müasir çağırışlara cavab verən, çevik , mobil bir komanda yaratmaq istəyindədir. Şahmar Mövsümovun rəhbərlik etdiyi dövrdə mən Neft Fondunun fəaliyyətini də müsbət qiymətləndirmişəm. Fondun fəaliyyəti həm şəffaflıq , həm də idarəçilik baxımından yüksək olub. Şahmar Mövsümovun prezidentə köməkçi gətirilməsinin də kökü bununla bağlıdır. O fəaliyyəti ilə öz bacarığını ortaya qoya bilib”.
Pərviz Heydərov ile ilgili görsel sonucu
İqtisadçı ekspert Pərviz Heydərov da hesab edir ki, bu, kadr dəyişikliklərinin tərkib hissəsidir: “Şahmar Mövsümov 2006-cı ildən etibarən, yəni uzun müddət idi ki, Neft Fonduna rəhbərlik edirdi. Kifayət qədər peşəkar bir kadrdır. Onun həm Mərkəzi bankda, həm də ümumilikdə Azərbaycanın maliyyə sektorunda çoxpilləli iştirakı və xidmətləri olub. Belə bir şəxsin dövlət başçısına iqtisadi məsələlər üzrə köməkçi aparılması, Dövlət Neft Fondundan ayrılması, oraya yeni kadrın təyin olunması təbiidir. Bu, ümumilikdə ölkədə həyata keçirilən kadr islahatlarının tərkib hissəsi və davamıdır”.

Bir cavab yazın