Nizami Cəfərov “Səhər”in qonağı olacaq

Əziz dinləyicilər!

Biz dünyanın o xoşbəxt xalqlarlındanıq ki, baldan şirin dilimiz var. Nahaq yerə demirlər ki, Azərbaycan dili poeziya, musiqi dilidir…

Amma etiraf edək ki, ana dilimizin yetərincə təbliğ olunması, sevilməsi üçün tənbəllik edir, lazımi bacarıq və səy göstərmirik. Halbuki, bu iş hər  birimizin  gündəlik vəzifəsinə çevrilməli, vətəndaşlıq borcu hesab edilməlidir.

Azərbaycan Radiosunun sabah saat 8.00-dan etibarən canlı olaraq yayımlanacaq “Səhər” proqramında bu mövzuya toxunulacaq, geniş fikir  mübadiləsi aparılacaqdır. Qonağımız akademik, millət vəkili, hamımızın yaxşı tanıdığı, dilçi alim Nizami Cəfərov ana dilimizin gözəlliyindən danışmaqla yanaşı, şifahi və yazılı dil normaları barədə məlumat verəcək, mətbuatla, radio və televiziyada yol verilən dil xətalarından söz açacaqdır.

Nizami müəllimin ana dilimizlə bağlı fikir və mülahizələri, tövsiyyə və məsələləri, əlbəttə ki, hamımıza gərək olar, əziz dinləyicilər. Ona görə də radiomuzun sabahkı  “Səhər” proqramını mütləq dinləməyə çalışın.

Bir cavab yazın