“O kənd bizim kəndimizdir”

Azərbaycan Radiosunun çoxşaxəli fəaliyyət dairəsində  milli soyumuzun uzaq və yaxın keçmişi, əzəli, əbədi yurd yerlərimiz barədə mütamadi olaraq məlumat vermək, rəngarəng proqramlar araya ərsəyə gətirmək əsas  məqsədlərdəndir.

“O kənd bizim kəndimizdir” verilişi efir hüququ qazanmış yeni layihələrdəndir. Yaradıcı kollektivin başlıca məqsədi hər dəfə indi “Ermənistan” adlandırılan Qərbi Azərbaycanın qədim yurd yerlərinin keçməkeşli həyatından, acı taleyindən söz açmaq, canlı şahidlərin xatirələrinə, inkarolunmaz arxiv sənədlərinə söykənməklə İrəvan, Göyçə, Vedibasar, Zəngəzur, Zəngibasar və i. axır bu kimi mahalları yeni nəslə tanıtmaq, onların yaddaşına yazmaqdır…

Verilişin iyunun 21-də saat 15.05 dəqiqədə efirə çıxacaq sayı  Vedibasar mahalının Qaralar kəndinə həsr olunub. Müəllif və aparıcı Gülnarə Nemətoivanın həmsöhbəti filalogiya üzrə  fəlsəfə doktoru, dosent  Əziz Ələkbərlidir.

Efir vaxtını qaçırmayın, əziz dinləyicilər! Unutmayın ki,  o kənd həm də sizin kəndinizdir…

Bir cavab yazın