“Oğlanlara da “Niva” avtomobili deyil, pul mükafatının verilməsinin tərəfdarıyam…”


Xəbər verdiyimi kimi Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) bu ildən maraqlı bir elan verib. Belə ki, bu il 700 bal toplayan qız abituriyentlər bu universiteti seçərsə, onlara 15 min manat, oğlanlara isə “Niva” markalı avtomobil hədiyyə edəcək.
Yazıçı Aqil Abbas Moderator.az-a açıqlamasında universitetin təklifini dəstəkləyərək oğlanlara da avtomobil əvəzinə pul mükafatının verilməsini daha uyğun gördüyünü bildirdi:
“İlk dəfədir belə bir şeyi eşidirəm. Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) bu addımıyla universitetə marağı artırır. Universitetin tələbələrə bu cür mükafatlar vermək üçün belə bir imkanları varsa, çox yaxşıdır. Digər universitetlərimiz də bu cür addımlar atsalar, yaxşı olar. Amma mən qızlarımız kimi, oğlanlarımıza da avtomobil əvəzinə pul mükafatının verilməsinin tərəfdarıyam”.
Qeyd edək ki, bu cür təcrübələrin xaricdə də tətbiq olunduğu bildirilir.

Bir cavab yazın