Parisdə önəmli toplantı: Fransa və İran masa arxasına keçir

Sabah İran Xarici işlər nazirinin müavini Abbas Arakçının rəhbərlik etdiyi nümayəndə heyəti nüvə razılaşmasını müzakirə etmək üçün Fransaya səfər edəcək.
Bu barədə İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi məlumat verib.
M. Vaezi bildirib ki, Parisdə nüvə razılaşmasının dəstəklənməsi ilə bağlı təklif müzakirə olunacaq. Bu görüş İranın nüvə razılaşması üzrə öhdəliklərinin üçüncü dəfə azaldılması barədə qərar qəbul etməyə hazırlaşdığı ərəfə təsadüf edir.
Qeyd edək ki, bir gün əvvəl Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Həsən Ruhani ilə telefonla əlaqə saxlayıb, nüvə razılaşması ilə bağlı məsələləri müzakirə edib.
Xatırladaq ki, 2016-cı il yanvarında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu arasında (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı imzalanıb. 2018-ci ilin may ayında ABŞ həmin sazişdən çıxdığını bəyan edib və noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. 2019-cu il mayın 8-də İran Avropanın İranla ticari əlaqələri davam etdirəcəyi barədə vədlərini yerinə yetirmədiyini bəyan edərək Hərtərəfli Birgə Fəaliyyət Planında əlavə zənginləşdirilmiş uran və istehsal olunmuş ağır suyun satılması ilə bağlı öhdəliyi 60 gün ərzində yerinə yetirməyəcəyini bəyan edib. İran iyulun 7-də uranın razılaşmada nəzərdə tutulandan yüksək səviyyədə zənginləşdirilməsinə başlayacağını açıqlayıb.

Bir cavab yazın