Peşəsini sevən ziyalımız Zöhrə müəllimə! – foto

Aztv.news saytının əməkdaşları Balakən rayonunda ezamiyyədə olublar.
Rayonda gedən abadlıq işləri , binaların təmir bərpa işləri , yolların yenilənməsi bizlərin də sevincinə səbəb olmuşdur.
Əməkdaşlarımız Balakən rayon Talalar kənd uşaq bağçasının müdrəsi Zöhrə müəllimə ilə görüşüblər.
Zöhrə müəllimənin bağçaya rəhbər təyin olunması az müddət olmasına baxmayaraq rayon üzrə ən nümunəvi , nizam – intizamlı bağçalar sırasındadır. Burada uşaq bağçasının fəaliyyəti ilə yaxından tanış olublar. Bağçanın müdirəsi Verdiyeva Zöhrə Rüstəm qızıdır. Gənc xanım nə az, nə çox, tam bir ildir ki, sözügedən müəssisəyə rəhbər təyin olunub. İşə başladığı ilk gündən yüksək nəticələrə malik olan bu xanım, sözün həqiqi mənasında pedaqoqdur.
Körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanışlıq zamanı o, bizə məlumat verdi ki, 75 yerlik bu müəssisədə balacalar üçün hərtərəfli şərait var. Bağçanın yerləşdiyi binada yataq, yemək, istirahət, tibb otaqları, mətbəx və yeməkxana yaradılıb.
Dəhliz boyu təmizlik, qruplardakı səliqə-sahman, bağçanın həyətindəki yaşıllıq göz oxşayırdı. Yayın son günləri olmasına baxmayaraq, bağçada davamiyyət göstəricisi 100% idi. Bütün qruplarda uşaqların sayı normativə uyğun, müəllimlər vəzifəsi başında idi.
Zöhrə xanım Verdiyevaya çətin, lakin şərəfli müəllimlik peşəsində yaradıcılıq uğurları arzulayaraq oradan xoş diləklə ayrılırıq.
Biz də “Aztv.news” saytının redaksiya heyəti olaraq , başda rəhbər Seymur Məmmədov olmaqla, kollektivimiz adından Zöhrə müəlliməyə tutduğu bu şərəfli yolda mətin addımlarla irəliləməsini azu edirik.

Aztv.News

Seymur Məmmədov

 

Bir cavab yazın