Yanvarın 29-da “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Tərtər, yanvarın 30-da isə “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Ağdam rayon sakinləri ilə görüşəcək.

“Azərsu” ASC-dən verilən məlumata görə, qəbullar Ağcabədi şəhərindəki 5 saylı Regional Sukanal İdarəsinin inzibati binasında, Tərtər Gənclər Mərkəzində və Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Ağcabədi, Laçın, Tərtər və Ağdam rayon sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə vəoffice@azersu.azelektron poçtu vasitəsilə müraciət edə bilərlər.