Şahin İsmayılovun qalib olduğu dairənin nəticələri DSK-ya göndərildi


81 saylı Beyləqan Seçki Dairəsindən deputatlığa namizəd Anar Məmmədov və digər şəxslərin müraciətinə baxılıb.
Modern.az-ın məlumatına görə, bu barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib.
A.Muxtarova müraciətlərin araşdırılması üçün DSK-ya göndərilməsini təklif edib.
MSK müraciətlərin DSK-ya göndərilməsinə qərar verib.
Qeyd edək ki, bu dairədə YAP-ın namizədi Şahin İsmayılov lider namizəd elan olunub.

Bir cavab yazın