Vəkil Piriyevin namizədliyi təsdiq olundu – foto

Vəkil Piriyevin namizədliyi təsdiq olundu - foto
 Əziz dostlarım 09 fevral 2020-ci il tarixində keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak etmək üçün öz təşəbbüsüm ilə Deputatlığa namizədliyimi 12.12.2019-cu il tarixində 35 saylı Xətai üçüncü seçki dairəsindən irəli sürmüşəm.Müvafiq sənədlərimi 35 saylı Xətai üçüncü Dairə Seçki Komissiyasına təqdim etmişəm.
13.12.2019-cu il tarixində imza vərəqələrini almışam.25.12.2019-cu il tarixində imza vərəqələrini DSK-ya qaytarmışam.DSK-nın 30 dekabr 2019-cu il tarixli 27/115 saylı qərarı ilə Deputatlığa namizədliyim qeydə alınmışdır.
İmza toplama zamanı mənə köməklik edən dostlarıma,könüllü olaraq səmiyyətləri ilə imza vərəqələrini imzalayan ata-ana,bacı-qardaşlarıma seçicilərimə təşəkkürümü bildirirəm.
Özüm haqqında qısaca məlumat yazıram.
Mən Piriyev Vəkil Bağman oğlu 15.05.1977-ci il tatixində Qərbi Azərbaycanın Qafan rayonunun Gığı kəndində ziyalı ailəsində anadan olmuşam.1984-cü ildə Qafan rayonunun Gığı kəndində 1-ci sinifə getmişəm.1988-ci ildən 1992-ci ilədək Bakı şəhəri Nəsimi rayonu 19 saylı tam orta məktəbində və Bakı şəhəri Binəqədi rayonu 3 saylı tam orta məktəbində oxumuşam.1992-1995-ci illərdə əsası 1971-ci ildə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Cəmşid Naxçıvanski adına Hərbi Liseydə oxumuşam.1995-ci ildə Dövlət tərəfindən Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarının Ali Hərbi Məktəbinə ali təhsil almağa göndərilmişəm.(Ankara Kara Harp Okulu).1999-cu ildə həmin məktəbi bitirmişəm.Mənə hərbi rütbə verilib.1999-cu ildə Şimali Kipr Türk Dövlətində yerləşən “N” saylı Hərbi Hissədə müvafiq vəzifədə stajor olaraq xidmət etmişəm.1999-2000-ci illərdə Türkiyə Respublikası İstanbul şəhərində yerləşən Tuzla Piyadaçı Məktəbində (Tuzla Piyade Okulu) ixtisas artırma kursunu bitirmişəm.2000-2009-cu illərdə Azərbaycan Respubliksı Silahlı Qüvvəllərində Gəncə şəhərində yerləşən “N”saylı Hərbi Hisdədə,Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində,Cəmşid Naxçıvanski adına Hərbi Liseydə müvafiq vəzifələrdə xidmət etmişəm.2009-cu ildə Silahlı Qüvvələrdən ehtiyyata buraxılmışam.Hazırda ehtiyyatda olan zabitəm.
2009-cu ildən bu günə qədər təsisçisi olduğum Veruel MMC-nin (Hüquqi yardım göstərən firma) direktoruyam.2009-cu il tarixindən 2018-ci il tarixinədək (nümayəndəlik institunun ləğvinədək) məhkəmələrdə nümayəndə qismində fəaliyyət göstərmişəm.
BU GÜNƏDƏK MƏNİM ÜZƏRİMDƏ ƏZİYYƏTİ,ZƏHMƏTİ OLAN DÖVLƏTİMƏ,MİLLƏTİMƏ,ATAM BAĞMAN MÜƏLLİM BAŞDA OLMAQLA YAXINLARIMA, DOĞMALARIMA,MÜƏLLİMLƏRİMƏ, KOMANDİRLƏRİMƏ BÜTÜN İNSANLARA SONSUZ TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM.
Qeyd:Seçkiqabağı təşviqat 17 yanvar 2020-ci il tarixindən etibarən başlayır..Seçki qərargahım isə eyni ünvandır.Bakı şəhəri,Xətai rayonu,Zığ yolu 18.
Azərbaycan Respublikası üzrə Deputatlığa qeydə alınmış bütün namizədlərə,xüsusi ilə də 35 saylı Xətai üçüncü seçki dairəsindəki namizədlərə özüm daxil olmaqla uğurlar ARZU edirəm. Hörmətlərimlə. (Ria24.az)

Bir cavab yazın