Xəzər rayonu 216 saylı tam orta məktəbdə “Bayraq günü” qeyd edildi – foto, video

Bu günlərdə ölkəmizin hər yerində 9 noyabr – Bayraq günü münasibətilə tədbirlər keçirilməkdədir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri Xəzər rayonunun 216 saylı tam orta məktəbində də “Bayraq Günü” xüsusi təntənə ilə qeyd edilib. Məktəblilərə əvvəlcə müəllimlər Bayrağımızın tarixi haqqında geniş məlumat verib, daha sonra gələcəyimiz olan ikincilər ölməz şairimiz Səməd Vurğunun “Azərbaycan” şeirindən bəndlər səsləndirib, sözləri Əhməd Cavadın, musiqisi Üzeyir Hacıbəyovun olan “Azərbaycan himni”ni ifa ediblər.

“informasiya-press” olaraq 216 saylı məktəbin fidan balalarına təhsil yollarında əzmlə, uğurla irəliləmələrini, gələcəkdə Vətənə layiqli övlad kimi yetişmələrini diləyirik!

Mənzər Qurbanova

Bakı

Bir cavab yazın