Zirvəyə ucalan yol – foto

Şəmkirdə qabaqcıl məktəblərin sayı istənilən qədərdir. Yerli əhali ilə söhbət edərkən müxtəlif məktəblərin adını xüsusilə qeyd edirlər. Belə məktəblərdən biri də Coşqun Abdıyev adına tam orta məktəbdir. Məktəbin hər bir uğuru bilavasitə məktəbin direktoru İbrahimov Ruslan Akif oğlunun adı ilə bağlıdır.

İbrahimov Ruslan Akif oğlu 1982-ci ildə Ağstafa rayonunda doğulub. O, 2003-2007-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Təhsilini başa vurduqdan sonra 2007-2016-cı illərdə Zəyəm Çırdaxan kəndində müəllim kimi fəaliyyətə başlayıb. O, həm də Zəyəm Çırdaxan kənd tam orta məktəbində tədris hissə müdiri vəzifəsində çalışıb. İşində olan uğurlar, peşəsinə olan sonsuz həvəsi onu, 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqəyə qatılmağa sövq edir. 2019-cu ildə Ruslan müəllimin işndəki uğur və nailiyyətlər nəzərə alınaraq Coşqun Abdıyev adına tam orta məktəbin direktoru vəzifəsinə təyin edilib. Məktəbdə 40 müəllim, 17 texniki işçi çalışır.

Ailəlidir, 1 övladı var, YAP-ın üzvüdür.

Ruslan müəllimə çətin, lakin çox şərəfli peşəsində uğurla zirvələrə doğru qalxmasını arzu edirik.

“aztv.news”

Seymur Məmmədov

Bir cavab yazın