Ziyalımız Ənayət həkim ! ( 2 ci yazı )

Hörmətli izləyicilər !

Bir neçə gün əvvəl Zialı xanım Ənayət həkim haqqında yazımız sizlərə yayımlanmışdır. Ökəmizdə peşəsini sevən , savadlı və əhali üçün işini layiqincə yerinə yetirən, xəstələr üzərində məsuliyyət hiss edən həkimlərimizin sayı kifayət qədər vardır.

Ümumiyyətlə həkimlik peşəsi ən məsuliyyətli və şərəfli peşələrdən biridir

Belə həkimlərimizdən biri də təbii ki , Ənayət həkimdir.

Həkim peşəsi olduqca məsuliyyətli və çətindir. Bu qədim sənəti seçən insan daim fövqəladə vəziyyətlərə hazır olmalı və insanlara yardım etmək hissindən həzz almalıdır. Əlbəttə ki, bu geniş ruhiyyə və insanlığa dərin məhəbbət tələb edir. Həyat üçün məsuliyyət daşımağa hazır olmaq lazımdır.

Qədim və humanist peşə olan həkimlik insanların səhhətinin qorunmasına, xəstəliklərin qarşısının alınmasına yönəlib. Insanların ayrılmaz dostu olan bu peşə sahibləri daim bəşərin keşiyində dayanmışlar.
Hipokrat və İbn-Sinanın fəaliyyətləri bu sahənin inkişafına ciddi təkan vermişdir. Onların etdiyi dərin tibbi təcrübələr və nail olduqları kəşflər tibb elminin inkişafında əvəzolunmaz töhfələr vermişdir. Müasir zamanda tibb elmi daha sürətlə inkişaf edir.

Həkimlik sənəti dövri-qədimdən şərəfli sənət olmuşdur, hörmətli sənət olmuşdur. Həkimlik sənəti indi də ən şərəfli, ən hörmətli sənətlərdən biridir. Mən hesab edirəm ki, dünyada heç bir sənət tapa bilməzsən ki, o, həkimlik kimi hər bir insana lazım olsun. Biz mütəxəssislərin, alimlərin, mühəndislərin gördükləri böyük işi qiymətləndiririk. Müəllimlərin işini qiymətləndiririk, çünki təhsil verir, bizim gənc nəsli yetişdirir. Kənd təsərrüfatında çalışanları qiymətləndiririk. Bunların hamısı, şübhəsiz ki, hər bir cəmiyyətin inkişafını təmin edən sahələrdir. Cəmiyyət də insanlardan ibarətdir. İnsanların isə yaşayışı üçün, sağlamlığı üçün başqa vasitələrlə bərabər, ən çox həkim yardımı lazımdır, səhiyyə yardımı lazımdır.

Yəqin ki, dünyada elə bir insan tapmaq olmaz ki, o, həkim yardımından istifadə etməsin. Uşaq doğularkən onun dünyaya gəlməsini həkim təmin edir və ilk günləri həkimin nəzarəti altında keçir. İnsanlar yaşbayaş artarkən daim həkimin yardımına ehtiyacı olur və nəhayət, insanlar yaşa dolduqca həkimə daha da çox ehtiyacı olur. Amma həkim, səhiyyə təkcə insanları müalicə etmək üçün yox, həm də xəstəliklərin qarşısını almaq, geniş profilaktik iş aparmaq üçündür. Elə etmək ki, insanlar xəstələnməsinlər, insanlar, xəstələr tezliklə müalicə olunsunlar. Bu da böyük bir sahədir. Səhiyyə həddindən artıq geniş, həyatın bütün sahələrini əhatə edən və cəmiyyət üçün, dövlət üçün, hər bir insan üçün çox lazımlı bir sahədir. Ona görə də hər bir insan həkimə hörmət edir, səhiyyə işçisinə hörmət edir. Həkimlər də insanlara tibbi yardım göstərməklə, onları müalicə etməklə özlərinə böyük mənəvi hörmət, ehtiram qazanırlar.

Bizdə Aztv.news saytının kollektivi olaraq Ənayət həkimin timsalında bütün sənətini peşəkarı olan həkimlərimizə öz minnətdarlığımızı bildiririk və daim ugurlarının artmasını diləyirik.

Aztv.news

Bir cavab yazın