Ziyalımız Əyanət həkim !

Hörmətli oxucular

Aztv.news saytının əməkdaşları 09.08.2019 tarixdə Tovuz rayonunda ezamiyyədə olmuşlar. Qərb bölgəsində yerləşən Tovuz rayonu daim səfalı təbiəti və gəzməli görməli yerləri ilə tanınıbdır. Əməkdaşlarımız rayonda yerləşən Diaqnostika və Hemodializ mərkəzində çalışan həkim ginekoloq Ənayət xanımla görüşüb .

Xalqımız tarixən həkimlik sənətinə ən ülvi bir peşə, həkimə müqəddəs bir şəxs kimi baxmışdır. Sənətini yaxşı bilən, xalqın sağlamlığı keşiyində ləyaqətlə dayanan həkimlərə “el anası” demişlər. Həkimliklə heç bir əlaqəsi olmayan, lakin ədəbi-ictimai fikirdə böyük islahatlar yaratmış şəxsiyyətlər öz zamanlarında ucalıq rəmzi kimi həkim adını daşımışlar. Bu adı onlara xalq vermişdir. Dərin ağıllı, mütərəqqi adamlar loğmanla müqayisə edilmişlər. Xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir.
Həkimlik sənətinin özünəməxsus bir sıra qanun-qaydaları vardır. Həkim öz davranışı, şəxsiyyəti, təfəkkürü, dünyagörüşü və insanlarla münasibəti ilə başqalarından fərqlənməli, özünə inam yaratmağı bacarmalıdır. Bütün bunlar həkimlik etikasının əsasını təşkil edir.
İnsanda inam hissi olmasa, həkimin müalicəsinə şübhə yarana bilər. Həkimə inam hissi olmadıqda onun həyata keçirdiyi bütün müalicə tədbiləri səmərəsiz olur. Əslində, inam həkimlik sənətində ən dəyərli, faydalı vasitədir.
Müasir dövrdə hər bir dövlətin iqtisadi potensialı və qüdrəti bir sıra mühüm meyarlarla yanaşı, həm də milli səhiyyə sisteminin inkişaf səviyyəsi, tərəqqi yönümü ilə ölçülür. Xalqın fiziki və mənəvi sağlamlığının yüksək səviyyədə təmin olunması və bütövlükdə milli genofondun qorunması müstəqil Azərbaycanda dövlətin qarşıya qoyduğu prioritet vəzifələrdən biri kimi çoxsahəli islahatların ayrılmaz tərkib hissəsinə çevrilmişdir.

İnsan sağlamlığını cəmiyyətin sərvəti adlandıran ümummilli lider Heydər Əliyev 2001-ci ildə 17 iyun tarixinin tibb işçilərinin peşə bayramı kimi təsis edilməsi haqqında xüsusi sərəncam imzalamışdır. Həmin gün ulu öndərin həkimlərə ünvanladığı təbrik məktubunda deyilirdi: “… Siz bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə – insanların sağlamlığının qorunması işinə həsr etmisiniz… Əhalinin sağlamlığının mühafizəsi və tibbi xidmətin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atdığınız addımlar və əldə etdiyiniz uğurlar bizi sevindirir”. Bu fikirlərdə ulu öndərin milli səhiyyəmizin inkişafına yönələn diqqət və qayğısı, həkimlərimizə olan sevgi və məhəbbəti, bu peşənin müqəddəsliyi, məsuliyyəti açıq şəkildə öz əksini tapmışdır. Bir faktı da qeyd edək ki, 17 iyunun tarixə düşməsi heç də təsadüfi olmamışdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk qərarlarından biri Səhiyyə Nazirliyinin yaradılması ilə bağlı idi. Həmin qərar isə iyunun 17-də imzalanmışdır. Azərbaycan səhiyyəsinin təməl daşının qoyulduğu günün tibb işçilərinin peşə bayramı kimi qeyd edilməsi isə ümummilli lider Heydər Əliyevin tariximizə olan həssas münasibətinin bariz nümunəsi idi.
Həkim – ali tibb təhsili olan, bu sahədə əldə etdiyi bilik və bacarıqlarını insanların xəstəliklərinin müalicəsinə, insan sağlamlığının qorunması və saxlanılmasına həsr edən insan.
Ənayət həkim xəstələrin sağalması üçün etdiyi işlərə görə nəinki Tovuz rayonunda demək olar ki ətraf rayonlarda yaşayan əhali tərəfindən peşəkar həkim kimi tanınır.
Ənayət həkim əhaliyə həkim xidməti demək olar ki , tam təbii yollarla aparılır . Bunu həkimin yanında müalicə alan xəstələr deyir . Ənayət həkim uzun illərdir Tovuz rayonunda xəstəxanada həkim işləyir.
Dəyərli izləyicilərimiz Ənayət həkim öz peşəsini sevən , həkimimlik sənətini layiqincə yerinə yetirən məsuliyyətli həkimlərimizdəndir.
Bizdə Aztv.news saytının kollektivi olaraq Ənayət həkimə öz peşəsində şərəflə irəliləməyi arzu edirik.

Bir cavab yazın