Ziyalımız Marifə müəllimə – foto

Hörmətli oxucularımız !
Aztv.news saytının əməkdaşları Şəmkir rayonunda ezamiyyədə olublar . Əməkdaşlarımız Şəmkir rayon əhalisinə uzun illərdir xidmət edən və ziyalı olaraq hörmətlə adı çəkilən Şəmkir rayon Ağlavaşlı kənd tam orta məktəbin direktoru Marifə müəllimə ilə görüşüblər.
Öz vəzifəsini şərəflə icra edən Marifə müəllimə xalqa göstərdiyi xidmətindən daim qürür duyur . Marifə müəllimə 1980- ci ildən Şəmkir rayon Ağlavaşlı kənd tam orta məktəbin direktoru işləyir .
Marifə müəllimə Jurnal və Qəzet redaksiyaları əməkdaşları ilə daim sıx münasibət qurduğu üçün müxtəlif Qəzet və jurnal redaksiyaları tərəfindən fəxri diplom və başqa media mükafatlarına layiq görülüb .
Şəmkir rayonunun Ağlavaşlı kənd əhalisi tərəfindən çox sevilən bu insan həqiqətəndə təifə və alqışa layiqdir.
Ümummilli lider Heydər Əliyev:
Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq.
Müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək kimi mühüm vəzifənin öhdəsindən onlar gəlir.
Hər birimiz üçün müəllim doğma və əzizdir. Çünki müəllim bizə təhsil verir, dərs öyrədir, yol göstərir, daim qayğımıza qalır. Buna görə də müəllimlərimizi böyük ehtiram və hörmətlə xatırlayırıq. Öyrəndiklərimizə görə həmişə onlara minnətdarıq. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirirdi. Dahi şəxsiyyət öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşıb, onların maddi rifah halının qayğısına qalıb. “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”.
Müəllimlik şərəfli işdir, çünki o, öz həyatını xalqın gələcəyinə həsr edir. Müəllimlik məsuliyyətli işdir, çünki gələcək nəsillərin böyüməsində və tərbiyə olunmasında həlledici rol oynayır. Məktəbdə özfəaliyyət dərnəyinin şagirdləri tərəfindən Azərbaycan Respublikasının Bayrağının xalçasının əl ilə toxunduğunu da sizlərə yayımlayırıq .
Bizdə Aztv.news saytının redaksiya heyyəti , başdada saytımızın rəhbəri Seymur Məmmədov olmaqla Marifə müəllimənin bu xeyirxah əməllərinə və uğurlarının daha da çox olmasını və tutduğu bu şərəfli yoldə mətin addımlarla irəliləməsini arzu edirik .

Aztv.news
Seymur Məmmədov

Bir cavab yazın