Ziyalımız Seyidağa müəllim

Bu gün məhz milli təhsilimizə dövlət qayğısının nəticəsidir ki, son illərdə təhsil sektorunun maliyyələşdirilməsi dinamik xətt üzrə inkişaf etmiş, təhsilə ayrılan büdcə vəsaiti xeyli dərəcədə artmışdır. İnkişaf proqramının reallaşdırılması nəticəsində, yeni məktəblər tikilir, mövcud məktəblər müasir avadanlıqlarla təchiz edilir, komputerləşdirilir. O cümlədən, hazırda Saatlı rayonunda təhsil sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə irimiqyaslı dövlət tədbirləri həyata keçirilir. Bu barədə Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Seyidağa Kazımov 11 sentyabr 2018-ci il tarixində Saatlı Rayon Mədəniyyət Mərkəzində keçirilmiş təhsil işçilərinin ənənəvi sentyabr konfransında etdiyi “2017-2018-ci illərin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda çıxışında bəhs etmişdir. Hesabat məruzəsi ilə çıxış edən Seyidağa Kazımov bildirmişdir ki, Azərbaycanda gedən hərtərəfli inkişaf prosesi təhsil sistemini də bütünlüklə əhatə edib. Respublikada həyata keçirilən təhsil islahatının uğurla başa çatdırılmasında isə, Saatlı rayonunda fəaliyyət göstərən bütün pedaqoji kollektivlər də yaxından iştirak edirlər. Məruzəçi vurğulamışdır ki, son illər rayonda 6 məktəb binası tikilib istifadəyə verilib, 6 təhsil ocağı isə əsaslı təmir edilib. Hazırda Sarıcalar kənd tam orta məktəbində əsaslı təmir işləri aparılır.

1965-cü ildə rayonun digər təşkilatları ilə yanaşı Saatlı Rayon Maarif Şöbəsi yaradılmışdır. Ötən dövrdən hal-hazıra kimi rayonda təhsil sahəsi inkişaf etmiş, ümumtəhsil məktəblərin sayı 49-ə çatmışdır. Bundan başqa təhsil şöbəsinin nəzdində 3 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. 2018-2019-cu dərs ilində rayonun məktəblərində 758 sinif komplektində 13141 nəfər şagird təhsilə cəlb edilmişdir. Şagirdlərin təlim-tərbiyəsi ilə 1355 nəfər müəllim məşğul olur. Saatlı RTŞ-nin müdiri Seyidağa Kazımovdur.

Bu gün ölkəmizdə inkişafı dövlət tərəfindən prioritet istiqamət kimi müəyyənləşdirilimiş mühüm sahələrdən biri də ölkənin təhsil sistemidir. Qürur doğuran haldır ki, Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısı, qarşıya qoyulan məqsədlərə çatmaq üçün ayrılan maliyyə vəsaitlərinin həcmi, xüsusilə son bir neçə ildə həyata keçirilən irimiqyaslı layihələrin səmərəlilik dərəcəsi və digər bu kimi göstəricilər üzrə ölkəmiz artıq bu gün hətta bəzi inkişaf etmiş ölkələri belə qabaqlayır. Aydındır ki, hazırda ölkənin təhsil sisteminin ümumi inkişafını təmin etmək üçün bu sahədə müəyyən edilmiş dövlət strategiyası paytaxt Bakı ilə yanaşı dsigər rayon və bölgələrimizdə də uğurla həyata keçirilməkdədir. O cümlədən, son vaxtlar təhsil sahəsində kifayət qədər yüksək göstəricilərin əldə olunduğu bölgələrimizdən biri də Saatlı rayonudur.

Kazımov Seyidağa Rza oğlu 1955-ci ildə Saatlı rayonu Aşağı Hacıqasımlı kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunun tarix fakültəsinə daxil olub, 1975-ci ildə həmin institutu bitirib. 1975-1978-ci illərdə Saatlı rayonu Ağarəhimli kənd səkkizillik məktəbində tarix müəllimi, 1978-1980-ci illərdə Saatlı rayon səkkizillik məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini, 1980-1985-ci illərdə Saatlı şəhər 3 saylı tam orta məktəbində direktor vəzifələrində çalışıb. 1985-1991-ci illər ərzində Azərbaycan Kommunist Partiyası Saatlı rayon komitəsində təbliğat-təşviqat şöbəsində təlimatçı, siyasi maarif kabinetinin müdiri, ideoloji şöbənin müdiri vəzifələrində işləyib. 05avqust 1991-ci ildən 13 avqust 1993-cü ilə kimi Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini – humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsində çalışıb. 1993-1996-cı illərdə Saatlı rayon Rabitə qovşağında poçt üzrə mühəndis, 1996-2001-ci illərdə Saatlı rayon Poçtamtının rəisi vəzifələrində işləyib. 2001-ci ildən 2003-cü ilə kimi saatlı Rayon İcra Hakimiyyəti başçısının aparatında təhsil, səhiyyə və mədəniyyət üzrə şöbənin referantı vəzifəsində çalışıb. 2003-2006-cı illərdə Saatlı şəhər 3 saylı tam orta məktəbin direktoru, 2006-cı ildən isə Saatlı Rayon Təhsil şöbəsində metodik kabinetin müdiri vəzifələrində işləyib. 01 aprel 2016-ci il tarixindən Saatlı RTŞ-nin müdiri vəzifəsinə təyin olunub.

Heç şübhəsiz bu gün Saatlıda təhsilinin inkişafından və əldə olunan uğurlardan danışarkən Rayon təhsil şöbəsinin effektiv fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Rayon ictimaiyyətinin ümumi rəyinə görə, təhsil şöbəsinin müdiri Seydağa Kazımov dövlətimizin Təhsil strategiyasının uğurla həyata keçirilməsi baxımından rəhbərlik etdiyi qurumun fəaliyyətini tamamilə düzgün formada təşkil edib. Əminliklə demək olar ki, bu tədris ilində də Seydağa Kazımovun rəhbərliyi altında Saatlı RTŞ-nin fəaliyyətində məktəb idarəetməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, ümumilikdə tədrisin keyfiyyətinin yüksəldilməsi və əlbəttə ki, gənclərimizin milli-vətənpərvər ruhda yetişdirilməsi kimi məsələlər əsas prioritet istiqamətlərdən olacaq.

Aztv.news
Seymur Məmmədov

 

Bir cavab yazın